
Türkiyə HDQ “İ” sinif freqatlardan birincisini 2023-cü ilin sentyabrında təhvil alacaq
STM şirkətinin rəhbərliyi altında “İ” sinif milli freqat proqramı çərçivəsində inşa edilən ilk gəminin 2023-cü ilin sentyabr ayında Türkiyə Hərbi Dəniz Qüvvələrinə təhvil verilməsi planlaşdırılır.
“AzeriDefence”nin məlumatına görə, bu barədə STM şirkəti sosial media hesabında paylaşım edib.
“İ” sinif freqat proqramında gəminin təchizatında istifadə edilən 150-dən çox sistem və ya gəminin sistem və həllərinin ən azı 75%-i yerli şirkətlərin istehsalı olacaq. Proqrama 220 şirkət cəlb olunub.
“İ” sinif freqatlar “İ” sinif korvetlərdən (MİLGEM) ölçülərinə görə 10 metr böyük olacaq.
“TCG İstanbul” adı verilmiş baş gəminin dənizə 2021-ci ilin yanvar ayında endirilməsi, 2022-ci ilin may ayında liman qəbulu testlərinin tamamlanması, 2023-cü ilin sentyabr ayında isə HDQ-nə təhviı verilməsi planlaşdırılır.