Türkiyə “Leopard” 2A4 tanklarını yeni zirehlə təchiz edir

Türkiyə “Leopard” 2A4 tanklarını yeni zirehlə təchiz edir

Türkiyə Ordusunun silahlanmasında yer alan “Leopard” 2A4 tankları üçün hazırlanan zireh paketinin seriyalı istehsalına və tanklara inteqrasiyasına başlanıb.

“Poliqon” xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Sənayesi (SSB) başqanı İsmail Dəmir özünün “Twitter” hesabında bildirib.

İsmail Dəmir qeyd edib ki, zireh paketi ROKETSAN şirkətinin “Ballistik Qoruma Mərkəzi”ndə dizaynlanaraq istehsal olunur və aparılan bu işlər Quru Qoşunları Komandanlığının inventarındakı “Leopard” 2A4 tanklarının müasir müharibə mühitində bacarıqlarının artırlmasına yönəlib.

“Qüllə və gövdə hissələri üçün təhlükə analizinə görə fərqli konfiqurasiyalarda hazırlanmış zireh paketi, dünya ordularında istifadə edilən “Leopard” 2A4 tanklarının zirehləri arasında ən təsirli ballistik qorumaya sahibdir.

Yerli və milli sistemlərlə modernləşdirilmiş tanklar hərbçilərimizin xidmətindədir”, – deyə SSB başqanı bildirib.

Poliqon.az

CATEGORIES
TAGS