Türkiyə raket termal batareyaları ixrac edəcək

Türkiyə raket termal batareyaları ixrac edəcək

Türkiyə Avropa ölkəsinə termal batareyalar ixrac edəcək.

Azeri Defence saytının “Savunmasanayi.org”a istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin Sənaye və Texnologiya naziri Mustafa Varank deyib.

Naziri Mustafa Varank bildirib ki, termal batareyalar müdafiə sənayesində çox göz önündə olmayan lakin strateji əhəmiyyətə malik bir texnologiyadır. Termal batareyalar xüsusilə raketlərdə əsas enerji, aviasiya sənayesində təcili ehtiyat enerji təchizatı olaraq istifadə edilir.

“Almanyadan sonra başqa bir Avropa ölkəsindən termal batareyaların tədarükünə dair sifariş almışıq. Yaxın vaxtlarda önəmli bir müqavilə imzalamaq mərhələsindəyik”, – deyə Sənaye və Texnologiya naziri vurğulayıb.

Nazir bildirib ki, bir çox müdafiə sənayesi məhsullarında əsas enerji mənbəyi kimi istifadə edilə bilən termal batareyalar dünyada az sayda ölkə tərəfindən istehsal olunur.

Türkiyədə TÜBİTAK SAGE mərkəzi tərəfindən istehsal edilən termal batareyalar HGK həssas yönləndirmə dəsti, KGK qanadlı yönləndirmə dəsti, SOM raketləri, o cümlədən “Gökdoğan” və “Bozdoğan” “hava-hava” tipli raketlərdə istifadə edilir.

Eej9w95WsAAmYCj 1

CATEGORIES
TAGS