
Türkiyənin ATAK helikopteri, “Bayraktar TB2” və “Anka” PUA-larının tədarükü davam edir
Türkiyənin ATAK helikopteri, “Bayraktar TB2” və “Anka” pilotsuz uçuş aparatlarının (PUA) seriyalı istehsalı və tədarükü davam edir.
“Azeri Defence”nin məlumatına görə, bunu Türkiyənin Vitse-prezidenti Fuat Oktay TBMM-də 2021-ci ilin müdafiə xərclərindən danışarkən deyib.
F.Oktay bildirib ki, “Gökbey” helikopterinin və “Akıncı” PUA-nın seriyalı istehsalı istiqamətində test fəaliyyətləri son mərhələyə çatıb. PUA-lar üçün yerli və milli imkanlarla hazırlanan PD-170 mühəriklərinin də tədarükü davam edir.
CATEGORIES Xəbərlər