Türkiyənin “Bayraktar Mini” pilotsuz uçuş aparatı təkmilləşdirilib

Türkiyənin “Bayraktar Mini” pilotsuz uçuş aparatı təkmilləşdirilib

Türkiyənin “Baykar” şirkəti tərəfindən hazırlanan “Bayraktar Mini” pilotsuz uçuş aparatı (PUA) təkmilləşdirilib.

“Azeri Defence”nin məlumatına görə, bu barədə “Baykar” şirkətinin sosial media hesabında deyilib.

“Mini PUA-dan pilotsuz döyüş təyyarələrinə qədər bütün ehtiyacları qarşılaya  biləcək sistemlər hazırlamağa və istehsal etməyə davam edirik.

Milli PUA istehsalımızın ilk addımı olan “Bayraktar Mini” PUA, yeni xüsusiyyətləri ilə təhlükəsizlik qüvvələrinə xidmət etməyə hazırdır”, – deyə məlumatda bildirilib.

CATEGORIES
TAGS