Xəbərlər

Türkiyənin Müdafiə naziri: “Azərbaycan Ordusu gücünü bütün dünyaya göstərdi”

Azərbaycan torpaqlarını işğal edən Ermənistan bununla kifayətlənməyib, daha sonra yeni ərazilər işğal etməyə cəhd göstərdi. Ermənistanın bu təxribatları elə bir nöqtəyə gəlib çatdı ki, bıçaq sümüyə dayandı.

“Azeri Defence” saytının məlumata görə, bu sözləri Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Azərbaycan Müdafiə Nazirliyində keçirilən tədbirdə deyib.

“Azərbaycan torpaqlarını müdafiə etməsi və işğal olunmuş ərazilərinin azad olunması üçün əks-hücum əməliyyatı həyata keçirdi. Çox şükür, bu əməliyyat bəlli bir nöqtəyə gəldi. Əldə edilən nəticə bizi son dərəcə sevindirdi. Bu hərəkat bir oyanışdır. Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq bir uğur əldə etdiniz. Azərbaycan Ordusu gücünü bütün dünyaya göstərdi”, – deyə Türkiyənin Milli Müdafiə naziri bildirib.

Back to top button