Türkiyənin Müdafiə naziri F-16-da uçdu – FOTO/VİDEO

Türkiyənin Müdafiə naziri F-16-da uçdu – FOTO/VİDEO

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar, Baş Qərargah rəisi ordu generalı Yaşar Güler və müxtəlif qoşun növləri komandanları 2020-2021 Hərbi Hava Qüvvələri Komandanlığının yeni uçuş təlim ilinin açılışında iştirak edib.

Bu barədə Azeri Defence saytı Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.

Milli Müdafiə naziri Hulusi Akar yeni uçuş təlim ilinin açılışını F-16 döyüş təyyarəsi ilə xüsusi uçuşla edib.

Hərbi Hava Qüvvələrinin komandanı Həsən Küçükakyüzün müşayiəti ilə Egey dənizinin şimal istiqamətində uçuş həyata keçirən Milli Müdafiə naziri Çanaqqala Şəhidlər Abidəsini səmadan salamlayıb.

CATEGORIES
TAGS