Türkiyə ATAK-ın testlərində sona gəldi
Türkiyənin yerli istehsalı olan ATAK zərbə helikopterində uçuş və atış testləri keçirilib və layihənin test mərhələsi sona yaxınlaşıb. “AzeriDefence”nin məlumatına görə, bunu İzmirdə keçirilən GICC-2012 Beynəlxalq Sənaye Əməkdaşlığı Konfransında Türkiyənin müdafiə sənayesi katibi Murad Bayar bildirib.
M. Bayarın sözlərinə görə, bu il ilk 4 helikopterin istehsalı tamamlanaraq Türkiyə Silahlı Qüvvələrinə təhvil veriləcək.
“Bundan sonra ümumilikdə 60-a yaxın helikopter istehsal ediləcək”, – deyən M. Bayar ATAK-ın xarici bazarda rəqabət aparacağını və xarici satışlarının olacağını da qeyd edib.
CATEGORIES Aerospace