Aerospace
Türkiyə “Bell 427” helikopterini seçdi

Türkiyə Əmniyyət Baş İdarəsi üçün “Bell Helikopter Textron” firmasından ümumi dəyəri 150 mln.ABŞ dolları olan 15 ədə helikopter satın alacaq. Qarşıdakı illərdə bu sayın 75-ə çıxarılması planlaşdırılır.
Türkiyə Müdafiə Sənayesi İcra Komitəsinin qəbul etdiyi qərara əsasən “Bell Helikopter Textron” şirkətindən alınacaq “Bell 427” model yüngül helicopter ilk uçuşunu 1997-cil ildə edib. Hazırda bu helicopter Argentina, Bəhreyn və Çexiyada istifadə olunur.
Iki pilotun idarə etdiyi helicopter 7 sərnişin və ya 1340 kq yük daşıma qabiliyyətinə malikdir. Helikopter 259 km/saat sürətlə uça, 3 min metr yüksəkliyə qalxa bilir.



