Türkiyə gecikən AWACS-lar üçün “Boeing”ə cəza kəsib

Türkiyənin Müdafiə Sənayesi Katibliyi (SSM) “Barış Qartalı” proqramı çərçivəsində təslimatı gecikən AWACS təyyarələri üçün ABŞ-ın “Boeing” şirkətinə gecikmə cəzası kəsib. “AzeriDefence”nin məlumatına görə, bu barədə gazeteci.tv saytına SSM-dən məlumat verilib.

2003-cü ildə imzalanmış müqavilnin dəyəri 1,5 mlrd.ABŞ dolları təşkil edir. Gecikmə cəzasının maliyyə məbləği isə açıqlanmayıb.

““Boeing” şirkəti proyektin başlanğıcında nəzərdə tutmadığı çətinliklərlə və çatışmazlıqlarla qarşılaşıb. İnkişaf etdirmə və inteqrasiya fəaliyyətləri “Boeing”in nəzərdə tutduğundan daha çox zaman aldı. Türkiyədən bir il əvvəl eyni sistem üçün eyni firma ilə müqavilə imzalamış olan Avstraliya da bu çətinliklə üzləşib”, – deyə məlumatda qeyd olunub.

SSM-dən verilən məlumata görə, sistemmin kalifikasiya testləri 2011-ci ilin yanvar ayında başlayıb və hələ davam edir. Ciddi bir problemlə qarşılaşılmadığı təqdirdə, 2012-ci ilin sonuna qədər ilk sistemin təvil alınması planlaşdırılır.

KATEQORIYA: