Türkiyə atış dəstək komanda və idarəetmə sistemini Şimali Makedoniyaya təhvil verib
Türkiyənin ASELSAN şirkəti atış dəstək komanda və idarəetmə sistemini Şimali Makedoniya Silahlı Qüvvələrinə təhvil verib.
“Poliqon”a ASELSAN-a istinadən xəbər verir ki, müqavilə çərçivəsində sistemin zavod qəbul sınaqları tamamlanıb.
Sınaqlar Şimali Makedoniyadan olan nümayəndə heyətinin də iştirakı ilə ASELSAN-ın Gölbaşı Kampusunda həyata keçirilib.
Qeyd olunub ki, 2025-ci ildə keçirilməsi planlaşdırılan sözügedən sınaqlar 2024-cü ildə yekunlaşdırılıb.
Sınaqlarda iştirak edən nümayəndə heyəti tərəfindən bəyənilən sistem ASELSAN tərəfindən istehsal edilən ilk portativ atış dəstək komanda və idarəetmə sistemi olma xüsusiyyətinə malikdir.
Şimali Makedoniya ASELSAN-dan əlavə atış dəstək komanda və idarəetmə sistemlərinin alınmasını planlaşdırır.