Norveç əlavə K9 özüyeriyən artilleriya qurğuları ala bilər

Norveç əlavə K9 özüyeriyən artilleriya qurğuları ala bilər

Norveç Cənubi Koreyadan əlavə K9 özüyeriyən artilleriya qurğuları (ÖAQ) ala bilər.

“Poliqon”un Norveç hökumətinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin İşçi Partiyası tərəfindən hökumətə təklif verilib.

Belə ki, İşçi Partiyası, Norveç hökumətinə yaradılması planlaşdırılan Finmark Briqadasında bir artilleriya taboru təşkil etmək üçün 24 ədəd yeni K9 ÖAQ-ın alınmasını təklif edir.

Xatırladaq ki, 2022-ci ilin noyabr ayında Norveç hökuməti Cənubi Koreyanın “Hanwha Land Systems” şirkətindən 28 ədəd K9 ÖAQ və 14 ədəd K10 nəqletmə-doldurma maşını satın alıb.

CATEGORIES