
Türkiyə, Belçika və İspaniyanın müdafiə sənayesi şirkətləri arasında Anlaşma Memorandumu imzalanıb
İspaniyanın paytaxtı Madrid şəhərində keçirilən FEINDEF-2025 sərgisində TSD, “Grupo Oesia”, “John Cockerill Defense” və FNSS şirkətləri arasında Anlaşma Memorandumu imzalanıb.
“Poliqon” FNNS-yə istinadəmn xəbər verir ki, İspaniya Ordusu üçün 6×6 təkər formullu zirehli texnikaların tədarükünə dair imzalanan bu memorandum dörd şirkət arasında əməkdaşlığı hədəfləyir.
Bununla şirkətlər İspaniya Ordusuna yerli inteqrasiya olunmuş logistik dəstək və həyat dövrünün idarə edilməsi də daxil olmaqla hərbi həll təqdim etməyi planlaşdırır.
Memorandum çərçivəsində zirehli maşınların istehsalı və yığılması, zirehli texnika dizaynı, optronik vasitələrin tədarükü, insanlı qüllələrin quraşdırılması sahələrində əməkdaşlıq nəzərdə tutulur.