Türkiyə cari ildə 2.8 milyard dollarlıq müdafiə təyinatlı məhsul ixrac edib
Türkiyə İxrcatçılar Məclisi (TİM) müdafiə və aviasiya sənayesi sektorunun 2022-ci ilin sentyabrında ixrac etdiyi məhsullarının nəticələrini açıqlayıb.
“Poliqon” TİM-ə istinadən xəbər verir ki, Türkiyənin müdafiə və aviasiya sənayesi şirkətləri cari ilin sentyabrında 166.5 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə 2022-ci ilin yanvarın 1-dən sentyabrın 30-a qədər ixrac edilən məhsulların dəyəri artıb. Belə ki, keçən il 2.094 milyard ABŞ dolları dəyərində məhsul ixrac edildiyi halda cari ildə bu rəqəm 2.803 milyard ABŞ dollarına yüksəlib.
CATEGORIES Xəbərlər