Xəbərlər

Türkiyə cari ildə müdafiə sahəsindəki ixracatını 4 milyard dolların üzərinə çıxarmağı planlaşdırır

Türkiyə cari ilin sonuna kimi müdafiə sahəsindəki ixracatını 4 milyard ABŞ dollarının üzərinə çıxarmağı planlaşdırır.

“Poliqon” xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Sənayesi (SSB) başqanı İsmail Dəmir SAHA EXPO Müdafiə, Aviasiya və Kosmik Sənaye sərgisinin açılış mərasimi zamanı vurğulayıb.

İsmail Dəmir bildirib ki, Türkiyədə müdafiə sənayesi sahəsində aparılan layihələrin sayı 750-ni keçib ki, bunların da yarısı son 5-6 ildə başladılıb. Həmçinin bu layihələrin həcmi də 70 milyard ABŞ dollarını ötüb.

SSB başqanı qeyd edib ki, ölkədə bu sektorda fəaliyyət göstərən şirkətlərin sayı 1600-ü və Ar-Ge üçün ayrılan illik büdcə 1,25 milyardı aşıb.

“Dövriyyəmiz 10 milyard ABŞ dollarını aşıb. Quru nəqliyyat vasitələri sahəsində həm Türkiyənin, həm də ixrac vasitəsiylə xarici dövlətlərin təlabatını ödəyirik. Hərbi dəniz gəmiləri istehsal edən 10 ölkədən biriyik. Pilotsuz uçuş aparatları sektorunda dünyanın ən öndə olan ölkələrindənik”, – deyə SSB başqanı bildirib.

Xatırladaq ki, cari ilin ilk doqquz ayı ərzində Türkiyənin müdafiə və aviasiya sahəsindəki ixracı 2 milyard 803 milyon ABŞ dolları təşkil edir.

Poliqon.az

Back to top button