Türkiyə Filippinə T129 ATAK helikopteri ixrac edir

Türkiyə Filippinə T129 ATAK helikopteri ixrac edir

Türkiyənin TUSAŞ şirkəti tərəfindən Filippin Silahlı Qüvvələrinin sifarişi əsasında istehsal edilən T129 ATAK helikopterinin ilk partiyası bu ilin dekabr ayında sifarişçiyə təhvil veriləcək.

“Poliqon” xəbər verir ki, bu barədə Filippin Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Allen Paredes sosial media hesabında bildirib.

Türkiyə və Filippin arasında 2018-ci ilin dekabrında T129 ATAK hücum və taktiki kəşfiyyat helikopterlərinin ixracına dair memorandum imzalanıb.

Sazişə əsasən TUSAŞ şirkəti 12 ədəd – hər partiyada 6 ədəd olmaqla 2 partiya T129 ATAK helikopterinin Filippin Ordusuna təhvil veriləcəyi barədə razılığa gəlib. Filippin 6 ədəd T129 hücum helikopteri üçün TUSAŞ şirkətinə 270 milyon ABŞ dolları ödəyəcək.

Poliqon.az

CATEGORIES
TAGS