
Türkiyə hərbçilərinin Azərbaycanda qalma müddəti uzadıldı
Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərən Türkiyə hərbçilərinin Azərbaycanda qalma müddəti daha bir il uzadılıb.
“Poliqon” xəbər verir ki, bununla bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müvafiq qanunu imzalayıb.
Xatırladaq ki, 2020-ci il noyabrın 17-də Türkiyə Böyük Millət Məclisi ölkənin Silahlı Qüvvələrinə qoşunlarını bir il müddətinə Azərbaycana göndərmək səlahiyyəti vermişdi.
CATEGORIES Xəbərlər
TAGS AzərbaycanBirgə Monitorinq MərkəziRəcəb Tayyib ƏrdoğanTürkiyə Böyük Millət MəclisiTürkiyə-Rusiya