Türkiyə HHQ “Super Mushshak” təlim təyyarələrini inventarına daxil edib

Türkiyə HHQ “Super Mushshak” təlim təyyarələrini inventarına daxil edib

Türkiyə Hərbi Hava Qüvvələri (HHQ) tərəfindən qəbul fəaliyyətləri tamamlanan üç ədəd “Super Mushshak” təlim təyyarəsi Yalovadakı HHQ Komandanlığının inventarına daxil edilib.

“Poliqon” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, “Super Mushshak” təlim təyyarələri Başlanğıc Təlim Təyyarəsi Layihəsi çərçivəsində Pakistanın “Pakistan Aeronautical Complex” (PAC) şirkəti tərəfindən istehsal olunub.

Qeyd edək ki, 2016-cı ildə Karaçi şəhərində keçirilən İDEAS-2016 sərgisi çərçivəsində Türkiyə və Pakistan arasında MFI-395 “Super Mushshak” təyyarələrinin alqı-satqısına dair müqavilə imzalanıb.

Müqaviləyə uyğun olaraq Pakistan Türkiyəyə 52 ədəd “Super Mushshak” təlim-döyüş təyyarəsi ixrac edəcək.

Hazırda “Super Mushshak” təyyarələri Pakistanla yanaşı Azərbaycan, Səudiyyə Ərəbistanı, Oman, İran və CAR-da stifadə olunur. Yüksək təhlükəsizlik standartlarına cavab verən təyyarə 300 kiloqram ağırlığında bomba və raketlərlə yüklənə bilər.

Poliqon.az

CATEGORIES
TAGS