
Türkiyə MN: Qəhrəman Azərbaycanımızın 8 Noyabr – Zəfər Günü qutlu olsun!
Türkiyə Milli Müdafiə Nazirliyi (MSB) 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan xalqına təbrik mesajı ünvanlayıb.
“Poliqon” xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi “Twitter” hesabında paylaşdığı təbrik mesajında bildirilib:
“Qəhrəman Azərbaycanımızın 8 Noyabr – Zəfər Günü qutlu olsun. 2 il öncə qəhrəmancasına mübarizə ilə öz torpaqlarını işğaldan qurtaran və bütün dünyaya Azərbaycanın gücünü göstərən qardaşlarımızla kədərdə və sevincdə bir və bərabər olmağa davam edəcəyik”.
CATEGORIES Xəbərlər
TAGS Manşet