RegionXəbərlər

Türkiyə müdafiə sənayesinin ixrac göstəricilərində artım qeydə alınıb

Türkiyə İxracatçılar Məclisi (TİM) 2026-cı ilin iyul ayı üzrə müdafiə və aviasiya sənayesi sektorunun ixrac göstəricilərini açıqlayıb.

“Poliqon”un TİM-ə istinadən verdiyi məlumata görə, Türkiyənin müdafiə və aviasiya sənayesi şirkətləri 2026-cı ilin iyul ayında ümumilikdə 1,1 milyard ABŞ dolları dəyərində məhsul ixrac ediblər.

Məlumata əsasən, sektorun ixrac həcmi ötən ilin eyni dövrü ilə müqayisədə artıb. Belə ki, 2025-ci ilin iyul ayında müdafiə və aviasiya sənayesinin ixracı 981 milyon ABŞ dolları təşkil etdiyi halda, cari ilin iyulunda bu göstəricidə 14,4% artım müşahidə olunub.

Bununla yanaşı, 2026-cı ilin yanvar-iyul aylarında Türkiyənin müdafiə və aviasiya sənayesi sektorunun ümumi ixracı 5,7 milyard ABŞ dollarına çatıb.

Back to top button