
Türkiyə Müdafiə Sənayesi Komitəsinin Sədr müavini Mustafa Murat Şeker, Milli Müdafiə Nazirliyinin Rabitə və İnformasiya Sistemləri İdarəsinin rəisi general-mayor Mustafa Murat Kabukçu və ASELSAN şirkətinin Rabitə və İnformasiya Texnologiyaları üzrə Baş Direktor müavini Yusuf Bora Kartal Azərbaycana işgüzar səfərləri çərçivəsində “ASELSAN Bakü” MMC-ni ziyarət ediblər.
Bu barədə “Poliqon”a “ASELSAN Bakü” şirkətindən məlumat verilib.
Ziyarət zamanı şirkətin baş direktoru Özgür Kürüm qonaqlara ASELSAN-ın Azərbaycanda icra etdiyi layihələr, həmçinin “ASELSAN Bakü” MMC-nin fəaliyyəti və əsas istiqamətləri haqqında məlumat təqdim edib.





