Türkiyə Ordusu KN-12 snayper tüfəngini inventarına daxil edib

Türkiyə Ordusu KN-12 snayper tüfəngini inventarına daxil edib

“Makina və Kimya Sənayesi” (MKE) şirkəti tərəfindən hazırlanan KN-12 snayper tüfəngi Türkiyə Quru Qoşunları Komandanlığının inventarına daxil edilib.

“Poliqon” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin (MSB) mətbuat xidməti məlumat yayıb.

Qatlana və tənzimlənə bilən qundağa sahib olan KN-12-nin üzərinə müxtəlif tipli nişangaların taxılması mümkündür. Snayper tüfəngi istifadəçiyə hədəfə tək-tək atəş açmaq imkanı verir və 6 ədəd yivə malikdir. KN-12-nin çox kalibrli olması onu ön plana çıxardan əsəs cəhətlərindəndir.

KN-12 snayper tüfənginin texniki xüsusiyyətləri:

  • Çapı – 8,59 x 70 mm, 7,62 x 51 mm;
  • Daraq tutumu – 5 ədəd (8,59) / 10 ədəd (7,62);
  • Güllənin başlanğıc sürəti – 885 m/s-860 m/s
  • Mənzili – 1500 metr;
  • Ağırlığı – 7200 qram;
  • Uzunluğu – 1280 mm / 1030 mm;
  • Lüləsinin uzunluğu – 686 mm / 660 mm.

Qeyd edək ki, MKE şirkəti Türkiyə Milli Müdafiə Nazirliyinə bağlı olaraq fəaliyyət göstərir.

Poliqon.az

CATEGORIES
TAGS