QuruXəbərlər

Türkiyə Quru Qoşunları inventarını yeni PUA və silah sistemləri ilə genişləndirir

Türkiyə Quru Qoşunları Komandanlığı açıqlanmayan sayda pilotsuz uçuş aparatı (PUA) və silah sistemini inventarına daxil edib.

“Poliqon” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, inventara daxil edilən məhsullar sırasında vertikal qalxma-enmə (VTOL) qabiliyyətinə malik kamikadze PUA və 5.56 mm-lik yüngül pulemyot yer alıb.

Back to top button