Türkiyə Quru Qoşunları yeni HHM sistemlərini və modernləşdirilmiş tankları inventarına daxil edib

Türkiyə Quru Qoşunları yeni HHM sistemlərini və modernləşdirilmiş tankları inventarına daxil edib

Türkiyə Quru Qoşunları açıqlanmayan sayda modernləşdirilmiş tankın və hava hücumundan müdafiə (HHM) sisteminin qəbul fəaliyyətini tamamlayıb.

“Poliqon” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə müşaviri kontr-admiral Zeki Aktürk qurumun həftəlik fəaliyyəti ilə bağlı keçirilən brifinq zamanı bildirib.

Qeyd olunub ki, modernləşdirilmiş M60T tankları və yeni “Korkut” HHM sistemləri Türkiyə Quru Qoşunlarının inventarına daxil edilib.

GF99BE2XYAAI130

CATEGORIES
TAGS