Türkiyə Quru Qoşunları yeni silah sistemlərinin qəbul fəaliyyətini tamamlayıb

Türkiyə Quru Qoşunları yeni silah sistemlərinin qəbul fəaliyyətini tamamlayıb

Türkiyə Quru Qoşunları Komandanlığı açıqlanmayan sayda raket, sursat və rabitə cihazının qəbul fəaliyyətini tamamlayıb.

“Poliqon” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə müşaviri kontr-admiral Zeki Aktürk qurumun həftəlik fəaliyyəti ilə bağlı keçirilən brifinq zamanı bildirib.

Türkiyə Quru Qoşunlarının inventarına daxil edilən məhsullar:

  • ROKETSAN şirkətinin istehsalı olan OMTAS orta mənzilli tank əleyhinə raket kompleksi və MAM-L mini ağıllı sursatları
  • ASELSAN şirkətinin istehsalı olan AVCI görüntüləmə sistemi və çox tezlikli rəqəmsal rabitə cihazları

Xatırladaq ki, bir neçə gün öncə ASELSAN şirkəti ALP-300G portativ erkən xəbərdarlıq radar sistemini də Türkiyə Ordusuna təhvil verib.

CATEGORIES
TAGS