Türkiyə Quru Qoşunları yeni T-70 helikopterlərinin qəbul fəaliyyətini tamamlayıb

Türkiyə Quru Qoşunları yeni T-70 helikopterlərinin qəbul fəaliyyətini tamamlayıb

Türkiyə Quru Qoşunları açıqlanmayan sayda yeni T-70 çoxməqsədli helikopterinin və BAHA (Bulut Altı İnsansız Hava Aracı) pilotsuz uçuş aparatının qəbul fəaliyyətini tamamlayıb.

“Poliqon” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə müşaviri kontr-admiral Zeki Aktürk qurumun həftəlik fəaliyyəti ilə bağlı keçirilən brifinq zamanı bildirib.

Qeyd edək ki, T-70 çoxməqsədli helikopteri Türkiyənin TUSAŞ şirkəti, BAHA PUA-sı isə HAVELSAN şirkəti tərəfindən istehsal olunur.

CATEGORIES
TAGS