
Türkiyə Quru Qoşunları yüngül pulemyot və qarışdırma sistemlərini inventarına daxil edib
Türkiyənin Quru Qoşunları Komandanlığı açıqlanmayan sayda yüngül pulemyot və qarışdırma sisteminin qəbul fəaliyyətini tamamlayıb.
“Poliqon” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə müşaviri kontr-admiral Zeki Aktürk qurumun həftəlik fəaliyyəti ilə bağlı keçirilən brifinq zamanı bildirib.
Qeyd olunub ki, qəbul fəaliyyətləri tamamlanan 5.56 mm-lik yüngül pulemyotlar və çiyində daşınan qarışdırma sistemləri Quru Qoşunlarının inventarına daxil edilib.