
Fransa Danimarkaya “Mistral” raketləri tədarük edəcək
Fransa Danimarkaya 250 ədəd “Mistral” raketi tədarük edəcək.
“Poliqon” xəbər verir ki, bu barədə Fransanın müdafiə naziri Sebastyan Lekornu özünün “X” hesabında paylaşım edib.
Bildirilib ki, bu tədarük 2023-cü il 19 iyun tarixində Parisdə keçirilmiş Avropanın hava və raketdən müdafiə konfransında başlanan birgə satınalma çərçivəsində həyata keçirilir.
Paylaşımda Danimarkanın aldığı raketlərin EDIRPA adlı Avropa proqramı çərçivəsində maliyyələşdiriləcəyi qeyd olunub.
EDIRPA (European Defence Industry Reinforcement through common Procurement Act), Avropa müdafiə sənayesini gücləndirmək üçün nəzərdə tutulan bir proqramdır. Sözügedən proqram Avropa ölkələrinin birgə müdafiə layihələri üçün maddi dəstək verir.