“Saab” şirkəti Latviya Müdafiə Nazirliyindən RBS 70 NG DZRK sifarişi alıb

“Saab” şirkəti Latviya Müdafiə Nazirliyindən RBS 70 NG DZRK sifarişi alıb

İsveçin “Saab” şirkəti Latviya Müdafiə Nazirliyindən 2.1 milyard SEK (209 milyon ABŞ dolları) dəyərində RBS 70 NG daşınan zenit raket kompleksi (DZRK) sifarişi alıb.

“Poliqon” “Saab”a istinadən xəbər verir ki, sifarişə RBS 70 NG-nin atəş bölmələri və raketlər, eləcə də təlim dəstləri daxildir.

Qeyd olunub ki, DZRK-lərin çatdırılmaları 2026-2030-cu illər ərzində həyata keçiriləcək.

CATEGORIES