Türkiyə Quru Qoşunlarının arsenalı yeni silah sistemləri ilə gücləndirilir
Yeni nəqliyyat vasitələri, pilotusz uçuş aparatları və silah sistemləri Türkiyə Quru Qoşunları Komandanlığının inventarına qəbul edilib.
“Poliqon” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə müşaviri kontr-admiral Zeki Aktürk qurumun həftəlik fəaliyyəti ilə bağlı keçirilən brifinq zamanı bildirib.
28-30 noyabr tarixlərində Türkiyə Quru Qoşunları Komandanlığının inventarına daxil edilən məhsullar:
- 13 ədəd DROPS nəqliyyat vasitəsi;
- 25 ədəd L-UMTAS-Tandem raketi;
- 4 ədəd AVCI-2 görüntüləmə sistemi;
- 6 ədəd “Bayraktar TB2” PUA.
Bunlardan başqa, dekabrın 4-də Türkiyə Quru Qoşunları Komandanlığı yerli və milli TUNA mühərriki ilə təchiz olunmuş 50 ədəd “Kirpi” və “Vuran” zirehli maşınının da inventara qəbul edilməsi fəaliyyətinə başlayıb.