
Türkiyə Quru Qoşunları açıqlanmayan sayda “Panter” özüyeriyən artilleriya qurğusunu (ÖAQ) inventarında daxil edib.
“Poliqon” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyini məlumat yayıb.
Bundan əlavə, ASELSAN şirkəti tərəfindən istehsal olunan müxtəlif miqdarda SERDAR 100 sahil nəzarət radarı Türkiyə Hərbi Dəniz Qüvvələrinə, IDENTA D5000 birləşdirilmiş sorğulayıcı-cavablandırıcı tanıma və tanıtma sistemi isə Hərbi Hava Qüvvələrinə təhvil verilib.




