
Türkiyə Silahlı Qüvvələrinin inventarı yeni KBRN və HHM sistemləri ilə genişləndirilib
Türkiyə Quru Qoşunları Komandanlığı açıqlanmayan sayda Kimyəvi, Bioloji, Radioaktiv və Nüvə (KBRN) kəşfiyyat maşınlarının qəbul fəaliyyətlərini tamamlayaraq bu texnikanı ilk dəfə inventarına daxil edib.
“Poliqon” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə müşaviri, kontr-admiral Zeki Aktürk, qurumun həftəlik fəaliyyətinə həsr olunmuş brifinq zamanı məlumat verib.
Bildirilib ki, HGK-84 tədarük layihəsi çərçivəsində ASFAT şirkəti ilə TÜBİTAK SAGE mərkəzinin əməkdaşlığı əsasında hazırlanmış müxtəlif sayda tuşlama dəstləri Türkiyə Hərbi Hava Qüvvələri (HHQ) Komandanlığına təhvil verilib.
Eyni zamanda, ASELSAN şirkəti tərəfindən istehsal edilən ALP 100-G aşağı hündürlüklü radar sistemi və axtarıcı başlıq radarları, eləcə də SİPER-1 orta mənzilli hava hücumundan müdafiə sisteminin batareyası Türkiyə HHQ-nin inventarına qəbul edilib.


