
ASELSAN və SAPURA şirkətləri rabitə texnologiyaları ilə bağlı əməkdaşlığa başlayır
LIMA-2025 sərgisində Türkiyənin ASELSAN və Malayziyanın SAPURA şirkətləri arasında Anlaşma Memorandumu imzalanıb.
“Poliqon” xəbər verir ki, bu barədə ASELSAN şirkətinin baş direktoru Ahmet Akyol özünün “X” hesabında paylaşım edib.
Bildirilib ki, memorandum çərçivəsində ASELSAN və SAPURA şirkətləri Malayziya üçün kritik rabitə texnologiyalarının birgə inkişafı üçün tədqiqatlar aparacaq.
TAGS Manşet