Türkiyə Somaliyə zirehli maşınlar tədarük edib
Türkiyə Somali Ordusuna BMC şirkətinin istehsalı olan 8 ədəd “Kirpi” minaya qarşı qorumalı nəqliyyat vasitəsi (MRAP) və 14 ədəd “Aktan” hərbi yük maşınını tədarük edib.
“Poliqon” xəbər verir ki, Türkiyə Səfirliyinin nümayəndələrinin və Somali Silahlı Qüvvələri rəhbərliyinin iştirakı ilə keçirilən mərasimdə “Kirpi” və “Aktan” hərbi maşınları Somali ordusuna təhvil verilib.
“Kirpi” MRAP və “Aktan” hərbi yük maşınlarının Somali Ordusuna tədarükü Türkiyə ilə Somali arasındakı hərbi əməkdaşlıq çərçivəsində həyata keçirilib.
Qeyd edək ki, bundan əvvəl 2020-ci ilin avqust ayında Türkiyə Somaliyə 12 ədəd “Kirpi” MRAP və pulemyot qurğuları ilə təchiz edilmiş 12 ədəd “Mitsubishi Triton” pikapı bağışlayıb.
Rizvan Fikrətoğlu
CATEGORIES Xəbərlər