Türkiyə “Sualtı gəmi Hovuzu” üzən tərsanəsini suya buraxıb

Türkiyə “Sualtı gəmi Hovuzu” üzən tərsanəsini suya buraxıb

Türkiyənin ASFAT şirkətinin baş podratçılığı ilə inşa edilən 3000 ton tutumlu “Sualtı gəmi Hovuzu” üzən tərsanəsi suya buraxılıb.

ASFAT şirkətindən “Poliqon”a verilən məlumta görə, “Sualtı gəmi Hovuzu” layihəsi əsasında hazırlanan üzən tərsanə Türkiyə Hərbi Dəniz Qüvvələrinin inventarında olan sualtı gəmilərə təkmilləşdirmə, təmir və texniki dəstəyin göstərilməsi üçün nəzərdə tutulub.

Şirkət tərəfindən bildirilib ki, 3000 ton tutumlu “Hovuz” layihəsi lazımı ehtiyacları ödəmək və dizaynı ilə digər üzən tərsanələrdən fərqlənir: “ 2018-ci ildə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın göstərişləri və təsdiqi ilə yaradılan ASFAT beynəlxalq təcrübəyə malik səriştəli kadr strukturunun təmin etdiyi dinamizm və effektiv təşkilatçılığı ilə Türkiyə müdafiə sənayesinin həm inkişafına, həm də ixracına töhfə verməyə davam edir. “Ən yaxşı, sərfəli qiymət, qısa müddət və yüksək yerlilik miqdarı” prinsipi ilə fəaliyyətini davam etdirən ASFAT, unikal xüsusiyyətləri ilə dünyada yeganə olan “Sualtı gəmi Hovuzu”nu uğurla suya buraxdı.

Üzən tərsanəmiz pandemiyanın bütün dünyaya təsir etdiyi, tədarük zəncirləri və xərclər baxımından müxtəlif çətinliklərə səbəb olduğu vaxtda bütün paydaşların qətiyyətli, fədakar və konstruktiv yanaşmaları nəticəsində hazırlandı.

Layihə çərçivəsində 30-dan çox subpodratçı fəaliyyət göstərib. Türk mühəndis və işçilərinin səyləri ilə davam edən layihə yerlilik payının maksimum səviyyədə saxlanılması baxımından nümunədir. Burada əldə edilən informasiya və biznes modeli yanaşmaları layihədə iştirak edən bütün maraqlı tərəflərin tərəqqisinə və inkişafına xidmət edir”.

Hərbi gəmi standartlarında inşa olunan “Hovuz”un dam örtüyü 100 knot sürətindəki şiddətli küləyə qarşı dözümlüdür. “Hovuz” ümumilikdə 42 personalı 5 gün müddətində əlavə təminat olmadan saxlamaq imkanına malikdir.

Dörd ədəd dizel generatoru ilə təchiz edilən üzən tərsanə, bunun sayəsində limandan asılı olmadan müstəqil formada və açıq dəniz şəraitində sualtı gəmilərə təmir və texniki dəstək göstərə bilir.

Boş çəkisi 4000 ton olan “Hovuz” 3000 ton ağırlığında qaldırma qabiliyyətinə sahibdir. Tərsanənin ümumi uzunluğu 105 m, eni 25.1 m, daxili hissəsinin eni 17.05 m və hündürlüyü 19.95 metrdir. Suya dalma dərinliyi 16.5 metr olan “Hovuz” bu dərinliyə 75 dəqiqəyə çatamaq imkanına sahibdir.

Qeyd edək ki, Milli Müdafiə Nazirliyi (MSB) “Gəmiqayırma Zavodları Baş İdarəsi” və ASFAT arasındakı “3000 Tonluq Sualtı gəmi Hovuzu Tədarükü” müqaviləsi 17 dekabr 2019-cu ildə imzalanıb.

Xatırladaq ki, ASFAT şirkəti 10 000 ton tutumlu “Hovuz-14” üzən tərsanəsini ötən ilin fevralında Türkiyə Hərbi Dəniz Qüvvələrinə təhvil verib.

Poliqon.az

CATEGORIES
TAGS