Türkiyə tərəfindən Azərbaycanın 899 hərbçisinə minatəmizləmə təlimi keçirilib

Türkiyə tərəfindən Azərbaycanın 899 hərbçisinə minatəmizləmə təlimi keçirilib

Bu günədək 123 kvadrat kilometr ərazi Türkiyə və Azərbaycan Silahlı Qüvvələrinin mühəndis istehkamçıları tərəfindən minalardan təmizlənib. Bundan əlavə, mina və əldəqayırma partlayıcı qurğuların (ƏPQ) təmizlənməsi çərçivəsində 899 nəfər azərbaycanlı heyətə təlim keçirilib.

“Poliqon”un məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuata açıqlamasında bildirilib.

“Türkiyə Silahlı Qüvvələri Azərbaycan ordusunun modernləşdirilməsi və təlim fəaliyyətlərinə, eləcə də Ermənistanın işğalından azad edilmiş rayonlarda minaların axtarışı və zərərsizləşdirilməsi fəaliyyətlərinə dəstəyini davam etdirir”, – deyə Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatında qeyd olunub.

Poliqon.az

CATEGORIES
TAGS