Türkiyə və Qazaxıstan arasında silah-texnikanın birgə istehsalı məsələləri müzakirə olunub

Türkiyə və Qazaxıstan arasında silah-texnikanın birgə istehsalı məsələləri müzakirə olunub

Türkiyə ilə Qazaxıstan arasında silah və hərbi texnikanın tədarükü və istehsalı üzrə birgə layihələrin icrasına dair məsələlər müzakirə olunub.

Bu barədə “Poliqon” Qazaxıstan Müdafiə Nazirliyinə istinadən xəbər verib.

Bildirilib ki, Qazaxıstan müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-leytenant Sultan Kamaletdinovun rəhbərlik etdiyi nümayəndə heyəti Ankaraya səfər edib.

Səfər çərçivəsində general-leytenant Sultan Kamaletdinov Türkiyənin milli müdafiə naziri Yaşar Güler ​​və Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Gürak ilə görüşüb.

Görüş zamanı tərəflər ikitərəfli hərbi əməkdaşlığın hazırkı vəziyyətini və perspektiv istiqamətlərini, həmçinin regional təhlükəsizlik məsələlərini müzakirə ediblər. Xüsusilə, hərbi təlimlər, təhsil, dil hazırlığı, sülhməramlı fəaliyyət sahəsində əməkdaşlıqdan danışılıb. Silah və hərbi texnikanın tədarükü və istehsalı üzrə birgə layihələrlə bağlı məsələlər də qaldırılıb.

Tərəflər ikitərəfli əməkdaşlığın, o cümlədən qarşılıqlı səfərlərin müsbət dinamikasını qeyd ediblər ki, bu da tərəfdaşlığın yüksək səviyyəsindən xəbər verir.

Səfər müddətində general-leytenant Sultan Kamaletdinov Türkiyənin ali hərbi təhsil müəssisələrində təhsil alan qazaxıstanlı kursantlarla görüşüb.

Daha sonra Qazaxıstan nümayəndə heyəti Türkiyənin hərbi obyektlərinə və müdafiə sənayesi kompleksinə baş çəkib.

CATEGORIES
TAGS