Azərbaycan-Türkiyə arasında birgə hərbi təlimlər uğurla keçirilir

Azərbaycan-Türkiyə arasında birgə hərbi təlimlər uğurla keçirilir

Qardaş Azərbaycanın Silahlı Qüvvələri ilə əlaqələri genişləndirmək üçün gələcəkdə də əlimizdən gələni edəcəyik.

“Poliqon” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyevlə görüş zamanı Türkiyənin milli müdafiə naziri Yaşar Gülər deyib.

Söhbət zamanı Azərbaycan və Türkiyə Silahlı qüvvələri arasında qurulmuş səmərəli əməkdaşlığa toxunulub, bu xüsusda birgə hərbi təlimlərin uğurla keçirildiyi vurğulanıb.

Azərbaycanla Türkiyə arasında qardaşlıq və müttəfiqlik münasibətlərinin bütün istiqamətlərdə, o cümlədən hərbi sahədə bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik bildirilib, əlaqələrimizin daha da güclənməsində iki ölkənin dövlət başçıları arasında sıx münasibətlərin rolu vurğulanıb.

CATEGORIES
TAGS