Türkiyədə “Atmaca” raketinin sualtı qayıqdan buraxılan versiyası hazırlanır

Türkiyədə “Atmaca” raketinin sualtı qayıqdan buraxılan versiyası hazırlanır

Türkiyənin “Roketsan” şirkəti tərəfindən milli imkanlar hesabına yaradılan uzaq mənzilli “Atmaca” gəmi əleyhinə raketin sualtı qayıqdan buraxılan versiyası hazırlanır.

“Poliqon” xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Sənayesi (SSB) başqanı İsmail Dəmir “Teknofest” layihəsi çərçivəsində Aksaray Duz Gölündə keçirilən raket yarışlarını izləyərkən deyib.

İsmail Dəmir hazırda “Atmaca” raketinin sualtı qayıqdan buraxılan versiyası üzərində işlərin getdiyini vurğulayıb.

SSB başqanı həmçinin “Roketsan” tərəfindən hazırlanan “Akya” torpedosunun silahlanmaya veriləcəyini açıqlayıb.

Qeyd edək ki, Türkiyə Hərbi Dəniz Qüvvələrinin ehtiyaclarını qarşılamaq üçün hazırlanan müasir “Akya” ağır torpedonun uzunluğu 7 metr təşkil edir. 533 millimetr diametrli “Akya” 350+ kiloqram döyüş başlığı daşıyır.

Poliqon.az

CATEGORIES
TAGS