Türkiyədə BOZDOĞAN və GÖKDOĞAN raketlərinin atış sınaqları keçirilib

Türkiyədə BOZDOĞAN və GÖKDOĞAN raketlərinin atış sınaqları keçirilib

Türkiyənin TÜBİTAK SAGE mərkəzi tərəfindən inkişaf etdirilən BOZDOĞAN və GÖKDOĞAN “hava-hava” raketlərinin atış sınaqları keçirilib.

“Poliqon” xəbər verir ki, bu barədə Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır özünün “X” hesabında paylaşım edib.

Qeyd olunub ki, atış sınaqlarında hər iki raket hədəfləri dəqiqliklə vurub. Sınaq zamanı BOZDOĞAN üstün manevr və təkmilləşdirilmiş infraqırmızı axtarıcı başlığı ilə dəqiq hədəf izləmə qabiliyyətlərini, GÖKDOĞAN isə çətin şərtlərdə belə tam dəqiqlik, o cümlədən təkmilləşdirilmiş axtarıcı başlığı və idarəetmə alqoritmləri ilə mükəmməl performans bacarıqlarını nümayiş etdirib.

CATEGORIES
TAGS