Türkiyədə “EFES-2024” çoxmillətli beynəlxalq təlimi keçirilir

Türkiyədə “EFES-2024” çoxmillətli beynəlxalq təlimi keçirilir

Türkiyə Respublikasının İstanbul və İzmir şəhərlərində 49 ölkədən ümumilikdə 1567 nəfərdən ibarət şəxsi heyətin iştirakı ilə “EFES-2024” çoxmillətli təlim keçirilir.

Bu barədə “Poliqon”a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, kompüter dəstəkli komanda-qərargah və döyüş atışlı mərhələdən ibarət olan təlimə Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu cəlb olunub.

“EFES-2024” çoxmillətli beynəlxalq təlimi mayın 30-dək davam edəcək.

CATEGORIES