Türkiyədə ilk dəfə dağılan gülləli patron istehsal edilib

Türkiyədə ilk dəfə dağılan gülləli patron istehsal edilib

Türkiyənin “Sterling” markası altında bir çox ölkəyə sursat ixrac edən “Turaç” şirkəti dağılan gülləli patronlar hazırlayıb.

“Poliqon” xəbər verir ki, milli imkanlar hesabına hazırlanan dağılan gülləli patron ailəsi ilk dəfə İDEF-2021 XV Beynəlxalq Müdafiə Sənayesi Sərgisində nümayiş etdirilib.

“Turaç” şirkətin baş direktoru Fatih Altunbaş bildirib ki, istehsal etdikləri 9×19 mm və 5.56×45 mm çaplı dağılan gülləli patronlara həm ölkə daxilində, həm də xaricdə böyük maraq var. Şirkət direktoru artıq dağılan gülləli patronların ilk ixracatını da həyata keçirdiklərini qeyd edib.

“Türkiyədə ilk dəfə istehal edilən və xaricdə də az sayda istehsalçısı olan sözügedən dağılan gülləli patronlar xüsusi əməliyyatlarda istifadə olunur, əsasən hüquq-mühafizə orqanları və xüsusi təyinatlı qüvvələr üçün nəzərdə tutulub. Bu tip patronlar təyyarə, qatar və ya ev kimi qapalı və dost elementlərin olduğu mühitlərdə hədəfə dəydikdə onu təsirsiz hala gətirir, ancaq qəlpələri ətrafa sıçramır. Hədəfə dəydikdən sonra parçalandığı üçün ərazidə olan nəqliyyat vasitəsinə dəyən ziyanı, həmçinin mülki insan itkilərinin olması ehtimalını minimuma endirir.

Yaşayış yerlərində və girov xilasetmə əməliyyatları üçün mükəmməl sursat hesap olunan dağılan gülləli patronlar, əsl döyüş sursatının istifadə edildiyi təlimlərdə mülki və hərbi istifadəçilər tərəfindən də üstünlük təşkil edir. Bu seçimin əsas səbəbi, hər il yaxın məsafədən atışlar zamanı adi döyüş sursatlarının hədəfdən sıçraması nəticəsində meydana gələn yüzlərlə zədədir”, – deyə “Turaç” şirkətin baş direktoru vurğulayıb.

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS