Türkiyədə “Siper” və “Hisar” HHM sistemlərinin seriyalı istehsalına dair müqavilə imzalanıb

Türkiyədə “Siper” və “Hisar” HHM sistemlərinin seriyalı istehsalına dair müqavilə imzalanıb

Türkiyədə “Siper” Ürün-1 və “Hisar” hava hücumundan müdafiə (HHM) sistemlərinin seriyalı istehsalı ilə bağlı yüksək məbləğli müqavilə imzalanıb.

“Poliqon” xəbər verir ki, bu münasibətlə Türkiyə Müdafiə Sənayesi Başqanlığında (SSB) imza mərasimi keçirilib.

Mərasimdə Türkiyənin milli müdafiə naziri Yaşar Güler, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Metin Gürak, SSB başqanı Haluk Görgün, ASELSAN-ın baş direktoru Ahmet Akyol, “Roketsan”ın baş direktoru Murat İkinci və digər rəsmilər iştirak edib.

“Siper” Ürün-1 və “Hisar” HHM sistemlərinin seriyalı istehsalını nəzərdə tutan müqavilə SSB başqanı Haluk Görgün, ASELSAN-ın baş direktoru Ahmet Akyol, “Roketsan”ın baş direktoru Murat İkinci, Strateji Sistemlər və Kosmos İdarəsinin rəisi Hacı Ömer Karakuzu və SSB başqanın müavini Hüseyn Avşar tərəfindən imzalanıb.

Qeyd edək ki, müqavilə çərçivəsində ASELSAN şirkətinin ümumi payı 18.4 milyard TL (583.2 milyon avro) təşkil edir.

CATEGORIES
TAGS