Türkiyədə “Siper” ZRS-nin son atış sınağı keçirilib

Türkiyədə “Siper” ZRS-nin son atış sınağı keçirilib

Türkiyənin uzaq mənzilli “Siper” zenit-raket sisteminin (ZRS) sonuncu atış sınağı keçirilib.

“Poliqon” xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Sənayesi (SSB) başqanı İsmayıl Dəmir özünü “Twitter” hesabında bildirib.

SSB başqanı qeyd edib ki, keçirilən son atış sınağı zamanı “Siper” ZRS, uzaq məsafədəki hədəfi dəqiq şəkildə məhv edib.

“Siper” zenit-raket sistemi Türkiyə Müdafiə Sənayesi Başqanlığının rəhbərliyi altında TÜBİTAK-SAGE mərkəzi, “Roketsan” və ASELSAN şirkətləri tərəfindən birgə hazırlanıb.

2018-ci ildə hazırlanmağa başlanan “Siper” ZRS “Patriot” və S-400 sistemlərində olduğu kimi birdən çox raket variantına sahibdir.

“Siper” ZRS-nin batareyasına 4 ədəd raket buraxıcı sistemi, 2 ədəd raket yükləmə sistemi, 1 ədəd “Teirs” radarı, 1 ədəd atəşi idarəetmə mərkəzi, 1 ədəd atəşə nəzarət radarı və 3 ədəd rabitə stansiyası daxildir.

Poliqon.az

CATEGORIES
TAGS