Türkiyənin 2024-cü ildə ixrac etdiyi zirehli maşınların sayı açıqlandı – SİYAHI

Türkiyənin 2024-cü ildə ixrac etdiyi zirehli maşınların sayı açıqlandı – SİYAHI

Türkiyə 2024-cü ildə 10 ölkəyə ümumilikdə 627 ədəd mina və pusquya qarşı qorumalı (MRAP – Mine-Resistant Ambush Protected) nəqliyyat vasitəsi ixrac edib.

“Poliqon” xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Adi Silahlar Reyestrinin (UNROCA) saytında hesabat dərc olunub.

Hesabata əsasən, Türkiyə tərəfindən aşağıdakı ölkələrə zirehli maşınlar tədarük edilib:

  • Ukrayna – 271;
  • Səudiyyə Ərəbistanı – 80;
  • İndoneziya – 78;
  • Estoniya – 60;
  • Qətər – 56;
  • Çad – 30;
  • Malayziya – 20;
  • Somali – 12;
  • Kot-d’İvuar – 10;
  • Niger – 10.
CATEGORIES
TAGS