Türkiyənin “Gökbey” helikopteri ilk olaraq Jandarma Qüvvələrinə çatdırılacaq

Türkiyənin “Gökbey” helikopteri ilk olaraq Jandarma Qüvvələrinə çatdırılacaq

Türkiyənin TUSAŞ şirkəti tərəfindən istehsal olunan T625 “Gökbey” yüngül çoxməqsədli helikopterlər ilk olaraq ölkənin Jandarma Qüvvələrinə tədarük ediləcək.

Bu barədə “Poliqon” Türkiyənin Müdafiə Sənayesi Başqanlığının (SSB) mətbuat xidmətinə istinadən məlumat verib.

Xatırladaq ki, bundan əvvəl TUSAŞ şirkətinin baş direktoru Temel Kotil “Gökbey” helikopterlərinin 2022-ci ilin sonuna yaxın ölkənin Jandarma Qüvvələrinə, daha sonra Hərbi Hava Qüvvələrinə və xarici müştərilərə tədarük ediləcəyini açıqlamışdı.

“Gökbey” helikopteri ilə 2020-ci ilin dekabr ayından etibarən sertifikat uçuşları həyata keçirilib və uçuşların 2 il daha uzadıla biləcəyi bildirilib.

Şirkət mütəxəssislərinin sözlərinə görə, TUSAŞ tərəfindən “Milli Texnologiyalar və Yeni İnvestisiyalar Proqramı” çərçibəsində ayda 2 ədəd olmaqla hər il 24 ədəd “Gökbey” helikopteri istehsal ediləcək.

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS