
Türkiyənin “Gökdoğan” raketi hava hədəfini dəqiqliklə vurub – VİDEO
Türkiyənin TÜBİTAK SAGE mərkəzi tərəfindən inkişaf etdirilən “hava-hava” tipli “Gökdoğan” raketinin növbəti atış sınağı keçirilib.
“Poliqon” xəbər verir ki, bu barədə Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır özünün “X” hesabında paylaşım edib.
Paylaşımda bildirilib ki, atış sınağında “Gökdoğan” raketi təyin edilmiş hava hədəfini uğurla vurub.
TAGS Video