Türkiyənin Hərbi Dənizçilik və Təyyarəçilik məktəblərinin buraxılış mərasimləri keçirilib
Türkiyənin Zəfər Bayramının 101-ci ildönümü münasibətilə keçirilən silsilə tədbirlərdə iştirak etmək üçün müdafiə naziri general-polkovnik Zakir Həsənovun qardaş ölkədə işgüzar səfəri davam edir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, general-polkovnik Z.Həsənov avqustun 31-də Türkiyənin Ali Hərbi Dənizçilik Məktəbinin və Ali Hərbi Təyyarəçilik Məktəbinin məzunlarının buraxılış mərasimlərində iştirak edib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hər iki buraxılış mərasimində çıxış edərək məzunları təbrik edib.
Sonra məzunlara diplomlar təqdim olunub.
Qeyd edək ki, hərbi məktəbləri müvəffəqiyyətlə bitirən azərbaycanlı məzunlara diplomları general-polkovnik Z.Həsənov təqdim edib.