Türkiyənin ikinci KC-135 tanker təyyarəsi ABŞ-da modernləşdiriləcək

Türkiyənin ikinci KC-135 tanker təyyarəsi ABŞ-da modernləşdiriləcək

Türkiyənin Hərbi Hava Qüvvələrinin ikinci KC-135 “Stratotanker” tanker təyyarəsi modernləşdirilmək üçün ABŞ-a təhvil verilib.

“Poliqon” Türkiyə mediasına istinadən xəbər verir ki,  modernləşdiriləcək 7 ədəd KC-135 təyyarəsindən birincisi Oklahoma şəhərində modernizasiya işlərindən sonra Türkiyəyə təhvil verilib.

Təyyarənin modernizasiya işləri “Field Aerospace” tərəfindən həyata keçirilib. Qalan 6 təyyarənin modernləşdirmə işlərinin 2023-cü ilə qədər tamamlanması planlaşdırılır.

Modernləşmənin tamamlanması ilə ABŞ və Türkiyə kimi ölkələr KC-135 təyyarələrini daha 15 il istifadə edə biləcəklər.

Modernləşdirmə çərçivəsində təyyarənin uçuş göyərtəsinin daxili hissəsinə yeni LCD displeylər, radio altimetr, kompüter modulları, avtopilot və rəqəmsal uçuş idarəetmə sistemi yerləşdirilib. Ümumilikdə təyyarənin 63 komponenti dəyişdirilib.

“Block 45”  adlanan modernləşdirmə pilotların təyyarəni idarə etməsini xeyli asanlaşdırır və nasazlıqları daha tez fərq etmələrinə imkan verir.

taNKEr2

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS