STM-in KARGU FPV dronu ilk atış sınağında hədəfi tam dəqiqliklə vurub

STM-in KARGU FPV dronu ilk atış sınağında hədəfi tam dəqiqliklə vurub

Türkiyənin STM şirkəti tərəfindən inkişaf etdirilən kamikadze tipli KARGU FPV dronunun ilk atış sınağı keçirilib.

“Poliqon” STM-ə istinadən xəbər verir ki, sınaq zamanı KARGU FPV dronu hədəfi tam dəqiqliklə vurub.

STM-in baş direktoru Özgür Güleryüz bildirib ki, şirkətin əməliyyat meydanında özünü sübut etmiş mini PUA sistemləri təhlükəsizlik qüvvələrinin əməliyyat qabiliyyətlərini artırır.

“İndi isə FPV kamikadze dron ailəmizlə döyüş meydanında milli və innovativ bir həll təqdim edirik. Əməliyyat ehtiyacları üçün inkişaf etdirdiyimiz bu ailənin ilk üzvünü yüksək səviyyə hərbi təhlükəsizliyə malik tapa və elektron müharibədən təsirlənmədən əməliyyat imkanı ilə təchiz etdik. STM-in avtonom və süni intellekt dəstəkli görüntü emalı və dəqiq zərbə imkanlarını FPV sisteminə tətbiq edirik. Analoqlarından fərqli olaraq, təqdim etdiyimiz məhsul görüntü emal dəstəkli avtonom terminal dalış qabiliyyəti ilə hədəfi işarələyərək tam dəqiqliklə zərbə endirə bilir. Yüksək səviyyəli avtonom və kompüterləşdirilmiş görmə qabiliyyətimizi FPV Dron ailəmizin gələcək üzvlərinə də əlavə edəcəyik və innovativ FPV məhsulları ortaya qoyacağıq”, – deyə baş direktor qeyd edib.

Asimmetrik müharibə mühitindəki dinamik təhdidlərə qarşı çəkindirici güc təmin edən KARGU FPV dronu, operator tərəfindən idarə olunan real vaxt görüntü sistemi vasitəsilə düşmən qüvvələrinə yönəldilir və üzərindəki antipersonal (canlı qüvvəyə qarşı) başlıqla hədəfi zərərsizləşdirir. KARGU FPV, yüksək manevr qabiliyyəti, gecə-gündüz effektiv əməliyyat bacarığı və aşağı radar görünürlüyü ilə həm sabit, həm də hərəkətdə olan hədəflərə qarşı dəqiq zərbə imkanı təqdim edir. Yüksək səviyyəli hərbi təhlükəsizlikli tapa və inteqrasiya olunmuş gecə-gündüz kamerası ilə təchiz edilən KARGU FPV, qarışdırma və korlaşdırma kimi elektron müharibə sistemlərindən təsirlənmədən əməliyyat həyata keçirə bilir. Platforma, yaxınlıq sensorlu tapa sayəsində tənzimlənə bilən məsafədə avtomatik partlayış imkanı təqdim edir. Eyni zamanda, görüntü emal dəstəkli avtonom terminal dalış qabiliyyəti ilə hədəfi işarələyərək tam dəqiqliklə zərbə endirir.

Texniki xüsusiyyətləri:

  • Əməliyyat mənzili – 10 km
  • Havada qalma müddəti – kamikadze rejimində 20+ dəqiqə, müşahidə rejimində 44 dəqiqə
  • Əməliyyat hündürlüyü – 500 m
  • Maksimum hündürlük – 5500 m
  • Döyüş başlığı – Döyüş Başlığı: 1.300 qramlıq antipersonal (820 ədəd qəlpə saçan bilyə)
  • Maksimum uçuş sürəti – 160 km/s
  • Platformanın qalxış ağırlığı – 3650 qr
  • İşləmə temperaturu şərtləri: -20°C ilə +60°C aralığında.
CATEGORIES
TAGS